Amerikalı tədqiqatçılar Xudafərin körpüsündə olublar YENİLƏNİB + FOTO

SİYASƏT

22 Noyabr 2022 09:31

Oxunma sayi: 587
Amerikalı tədqiqatçılar Xudafərin körpüsündə olublar   YENİLƏNİB + FOTO

“Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer və Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə olublar.

Azmedia.az xəbər verir ki, qonaqlara körpünün salınma tarixi və İkinci Qarabağ müharibəsi zamanı bu ərazilərin erməni işğalından necə azad edildiyi barədə məlumat verilib.

B.Şaffer çoxdandır bu tarixi körpünü öz gözləri ilə görmək arzusunda olduğunu deyib.

Xatırladaq ki, Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.

********

“Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer və Hudzon İnstitutunun böyük elmi işçisi Maykl Doran Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Azmedia.az  xəbər verir ki, bu səfərin məqsədi kənddə yaradılan şəraitlə tanış olmaqdır.

Səfər çərçivəsində qonaqlar “Azərpoçt” MMC-nin filiallarında və “ASAN xidmət”də olublar. Şaffer və Doran birinci sinifdə açıq dərsdə iştirak etdikləri Ağalı kənd tam orta məktəbinin fəaliyyəti ilə də maraqlanıblar. Onlar məktəblilərə “Xarıbülbül nağılı” kitabını hədiyyə ediblər.

Onlar həmçinin Ağalı kəndində sakinlərin qonağı olublar, onların gündəlik həyatı ilə tanış olublar.

Görüş zamanı B.Şaffer Ermənistanın işğalı nəticəsində yurd-yuvalarından didərgin düşmüş vətəndaşların doğma evlərinə qayıtmasının vacibliyini bildirib.

“Erməni işğalından azad edilmiş şəhərin necə bərpa olunduğunun şahidi oluruq. Zəngilan strateji əhəmiyyət kəsb edir”, - B.Şaffer vurğulayıb.

O, həmçinin Zəngəzur dəhlizinin açılması ilə Zəngilanın əhəmiyyətinin daha da artacağını və bunun şəhərin inkişaf və ticarət mərkəzinə çevrilməsinə imkan verəcəyini söyləyib.

Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Ağalı kəndi Zəngilanın keçmiş sakinlərinin, yaxın vaxtlara qədər məcburi köçkün hesab edilənlərin qayıtdıqları ilk yaşayış məntəqəsidir.

**********

Amerikalı tədqiqatçılar Brenda Şaffer və Maykl Doran Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədirlər.

Azmedia.az  xəbər verir ki, onlar bu gün Cəbrayıl rayonundakı Xudafərin körpüsünə, həmçinin Zəngilana səfər edəcəklər.

Səfər çərçivəsində Ağalı kənd tam orta məktəbinin ziyarət edilməsi də planlaşdırılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!