ANAMA sədri azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsini açıqlayıb FOTO

SİYASƏT

31 Yanvar 2023 14:40

Oxunma sayi: 453
ANAMA sədri azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsini açıqlayıb   FOTO

Azad edilən ərazilərdə Vətən müharibəsindən sonra 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azmedia.Az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, ümumilikdə 80 958 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib:

“Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsindən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində fəal iş aparır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!