Aqil Abbas: “Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür”

SİYASƏT

29 Mart 2023 12:03

Oxunma sayi: 984
Aqil Abbas:  “Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür”

“Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər”.

Bu sözləri Milli Məclisin deputatı Aqil Abbas bildirib. 

Onun sözlərinə görə, buna səbəb son zamanlar Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin cinayətkarlara qarşı böyük əməliyyatlar həyata keçirməsidir:

“Təbii ki, bu, terror hadisəsidir. Fazil Mustafa təkcə ictimai siyasi xadim deyil, o həm də Azərbaycanda qeyri-adi ziyalıdır. Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür. Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər. Amma buna gücləri çatmayacaq. Deputatı vurmaq elə-belə hadisə deyil. Qarışıqlıq salmaq məqsədilə edilib. İnanıram ki, tezliklə bu cinayətin üstü açılacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!