AQTA və Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verildi

SİYASƏT

14 Aprel 2023 13:51

Oxunma sayi: 622
AQTA və Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verildi

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Dəyişikliyə əsasən, aşağıdakı məzmunda 2.7-5-ci bənd əlavə edilir:

“2.7-5. həmin Qanunun 24.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (götürülməsi, məhv edilməsi, zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə bağlı qərar qəbul edilməsinə münasibətdə) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (götürülməsinin, məhv edilməsinin, zərərsizləşdirilməsinin, emalının və ya təkrar emalının təmin edilməsinə münasibətdə) nəzərdə tutulur”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!