Armen Qriqoryan: “Bakı ilə İrəvan arasında sülh sazişinin bir bəndi razılaşdırılıb”

SİYASƏT

09 Dekabr 2022 15:48

Oxunma sayi: 516
Armen Qriqoryan:  “Bakı ilə İrəvan arasında sülh sazişinin bir bəndi razılaşdırılıb”

“İrəvanla Bakı arasında sülh müqaviləsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması barədə razılıq əldə olunub”.

Bu açıqlama ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.

Armen Qriqoryan söyləyib ki, sülh müqaviləsinin mətni artıq üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.

“Sülh müqaviləsinin digər bəndləri üzrə dəqiq razılaşma əldə edilməyib. Söhbət Qarabağdan, sərhədin delimitasiyası və demarkasiyasından, kommunikasiyaların açılması və humanitar məsələlərdən gedir”, - deyə Armen Qriqoryan bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!