ATƏT sədri Ukraynada səfərdədir YENİLƏNİB

SİYASƏT

16 Yanvar 2023 12:22

Oxunma sayi: 280
ATƏT sədri Ukraynada səfərdədir   YENİLƏNİB

ATƏT sədri Buyar Osmani Kiyevdə səfərdədir.

Azmedia.Az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

B.Osmani paylaşımında Ukraynada olduğunu bildirib: “Qatarla doqquz saatlıq yoldan sonra Kiyevə çatdıq. Regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə etmək və yerlərdə insanlara kömək etmək üçün Ukrayna liderləri ilə məhsuldar görüşləri səbirsizliklə gözləyirik”.

11:56

ATƏT-in yeni sədri Buyar Osmani bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Azmedia.Az ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, məqsəd humanitar və təhlükəsizlik məsələlərini müzakirə etməkdir.

Eyni zamanda müharibənin dinc əhaliyə, mülki infrastuktura təsiri məsələləri barədə fikir mübadiləsi aparılacaq.

B.Osmaninin bir sıra rəsmi şəxslərlə, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!