ATV nin hazırladığı çarx Türkiyə televiziyasında yayımlandı

SİYASƏT

14 Fevral 2023 05:44

Oxunma sayi: 492
ATV   nin hazırladığı çarx Türkiyə televiziyasında yayımlandı

ATV telekanalı qardaş Türkiyədə zəlzələnin baş verdiyi gündən öz efir səbətində dəyişiklik edərək bu ağır fəlakətin hər anının işıqlandırılması istiqamətində müxtəlif səpkili verilişlər, proqramlar, videobloklar hazırlayır.

Azmedia.Az  xəbər verir ki, telekanalın bu gərgin və həssas günlərdə sərgilədiyi efir performansı ölkəmizdə olduğu qədər sərhədlərimizdən kənarda da diqqətdən yayınmayıb.

Belə ki, Türkiyənin nüfuzlu TRT HABER kanalında yayımlanan proqramda azərbaycanlıların göstərdikləri həssaslıq və yardımlar diqqətə çatdırılıb və ATV-nin hazırladığı videomaterial efirə təqdim olunub. Kahramanmaraş və digər 10 şəhərdə dağıdıcı zəlzələnin yaratdığı fəlakətin azərbaycanlıların da ürəyini qanatdığını qeyd edən proqramın aparıcısı, bir həftədir xalqımızın Türkiyəyə göstərdiyi dəstəyi və yardımları xüsusi ilə vurğulayıb.

Xalq şairi Bəxtiyar Vahabzadənin 1999-cu ildə Türkiyədə baş vermis “Marmara” zəlzələsi zamanı qələmə aldığı “Deprem” şeiri ilə zəlzələnin qorxunc mənzərəsini əks etdirən videoların göstərildiyi çarxı efirində nümayiş etdirən kanalda, ATV-nin hazırladığı bu çarxın iki ölkədə də böyük marağa səbəb olduğu və izləyənləri duyğulandırdığı qeyd olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!