Avropa İttifaqının səfiri: “Ağalıda təsirli inkişaf var” YENİLƏNİB + FOTO

SİYASƏT

10 Dekabr 2022 18:30

Oxunma sayi: 634
Avropa İttifaqının səfiri:  “Ağalıda təsirli inkişaf var”   YENİLƏNİB + FOTO

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Zəngilandan yeni paylaşım edib.

“Altı aydan sonra Ağalıda. Təsirli inkişaf! Burada yaşayan bir dost - Möhübbət Səmədovla tanış oldum. O, ailəsi ilə birlikdə buraya ilk qayıdan ailə kimi xoşbəxt həyat qurub. Səmədova və onun ailəsinə xoşbəxtlik və firavanlıq arzulayıram!” – deyə Mixalko “Twitter” hesabında yazıb.

**********

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko artıq Zəngilandadır. 

Bu barədə diplomat özünün “Twitter” hesabında məlumat verib. Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, avropalı diplomat həmçinin Ağalı kəndinin quş uçuşundan görüntüsünü də paylaşıb. 

***********

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Zəngilana və Qubadlıya səfərə gedib.

Bu barədə diplomat özünün “Twitter” hesabında məlumat verib.

“Bu səhər Zəngilana uçuruq, Azərbaycanın bütün ərazilərinə səfər edirik. Bu gün Zəngilanda Ağalıda və Qubadlıda olacağıq”, - deyə o bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!