“Avroviziya”dan Zelenskiyə QADAĞA

SİYASƏT

13 May 2023 19:11

Oxunma sayi: 554
“Avroviziya”dan Zelenskiyə  QADAĞA

Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya” Mahnı müsabiqədən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskiyə qadağa qoyulub.

Azmedia.Az xarici KİV-ə istinadən xəbər verir ki, Müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) Zelenskinin videokonfrans vasitəsilə müsabiqəyə qoşulmaq istəyini qəbul etməyib.

Rusiya-Ukraynaya müharibəsinin başladığı gündən beynəlxalq görüşlərə video ilə qatılan Zelenskinin mahnı müsabiqəsinin iştirakçılarına müraciət etməsinin “yarışmanı siyasiləşdirəcəyini” əsas gətirən Birlik çıxışlar zamanı heç bir siyasi bəyanatla çıxışın olmamasını istəyir.

Ətraflı

“160 milyon insana müraciət edəcəyi və ölkəsinə dəstək istəməsi gözlənilən videoda iştirak etmək üçün Zelenskinin müraciəti müsabiqənin final hissəsində təşkilatçılar tərəfindən rədd edilib, - Birliyin açıqlamasında qeyd olunub.

Açıqlamada “Avroviziya”nın yarandığı gündən qaydaları və prinsipləri olan beynəlxalq əyləncə proqramı olduğu vurğulanıb.

Ukrayna Prezident Aparatından verilən açıqlamada isə Zelenskinin çıxış etmək üçün müraciət etmədiyi, Ukrayna rəsmilərinin “Avrovizya” rəsmiləri ilə əlaqə saxlamadığı qeyd edilib.

Qeyd edək ki, ötən il “Avroviziya” Mahnı Müsabiqəsində Ukrayna qalib olub. Lakin Rusiya-Ukrayna müharibəsinin davam etdirdiyi üçün yarış Liverpulda keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!