Azərbaycan əhalisi Ərdoğanı hansı keyfiyyətlərinə görə dəstəkləyir? VİDEO

SİYASƏT

27 Aprel 2023 15:19

Oxunma sayi: 1386
Azərbaycan əhalisi Ərdoğanı hansı keyfiyyətlərinə görə dəstəkləyir?   VİDEO

“İştirakçıların mütləq əksəriyyəti tərəfindən dəstəklənən Rəcəb Tayyib Ərdoğanla bağlı rəyləri nəzərdən keçirdikdə, onların əsas hissəsi, yəni 55,7%-i öz mövqeyini Ərdoğanın Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəklə əsaslandırıb”.

Azmedia.Az  xəbər verir ki, bu sözləri aprelin 27-də keçirilən mətbuat konfransında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

“Məhz Qarabağ müharibəsində Azərbaycana olan dəstəyinə (55,7%), Azərbaycanın maraqlarını müdafiə etdiyinə (51,1%), liderlik keyfiyyətlərinə 29,4% və digər səbəblər burada vətəndaşlarımızın mövqelərinin formlaşmasına təsir edir”, - deyə Z.Oruc bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!