Azərbaycan hərbçiləri Türkiyənin Sarıqamış bölgəsində keçirilən təlimlərdə iştirak edirlər FOTO

SİYASƏT

25 Yanvar 2023 18:41

Oxunma sayi: 452
Azərbaycan hərbçiləri Türkiyənin Sarıqamış bölgəsində keçirilən təlimlərdə iştirak edirlər   FOTO

Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində “Qış-2023” hərbi təlimləri davam edir.

Azmedia.Az  “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla 17 ölkənin hərbçiləri iştirak edirlər.

Məlumata görə, “Qış-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.

Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb ediliblər.

Təlimlərdə texnikalar və silahlar sınaqdan keçirilir, verilən tapşırıqlar icra olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!