Azərbaycan İsraildə səfirlik, Fələstində diplomatik nümayəndəlik açır

SİYASƏT

18 Noyabr 2022 13:51

Oxunma sayi: 750
Azərbaycan İsraildə səfirlik, Fələstində diplomatik nümayəndəlik açır

Azərbaycan İsraildə səfirlik açır.

 

Xəbərə görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycan həm də Fələstində diplomatik nümayəndəlik açır.

Toplantıda deputatlar “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!