Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

SİYASƏT

30 May 2023 22:24

Oxunma sayi: 755
Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi üçün xərclər artırılır.

Azmedia.Az xəbər verir ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat artırılması nəzərdə tutulur.

Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 070 milyon manat təşkil edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!