Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb FOTO/VİDEO

SİYASƏT

02 Mart 2023 16:42

Oxunma sayi: 593
Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb   FOTO/VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığının yoxlanması üzrə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumqoşun poliqonunda keçirilən tədbirlərdə döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin məhv edilməsi üzrə yoxlama və nəzarət çalışmaları uğurla icra edilib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlərdə hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

 

   
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!