Azərbaycan Prezidenti: “Heydər Əliyev Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi”

SİYASƏT

11 Aprel 2023 01:19

Oxunma sayi: 903
Azərbaycan Prezidenti:  “Heydər Əliyev Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi”

“Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, ulu öndər qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi.

“O, (ulu öndər Heydər Əliyev – red.) Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!