Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb

SİYASƏT

30 Yanvar 2023 21:40

Oxunma sayi: 499
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana  rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 30-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Macarıstanın iqtisadi inkişaf naziri Marton Nagy, Macarıstan Prezidenti Ofisinin rəhbəri Gergely Ekler və digər rəsmi şəxslər yola saldılar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!