Azərbaycan Prezidenti Paşinyanı yerinə oturtdu VİDEO

SİYASƏT

25 May 2023 17:58

Oxunma sayi: 4594
Azərbaycan Prezidenti Paşinyanı yerinə oturtdu   VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən və xüsusi qonaq qismində qatıldığı Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasında Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi verib.

Paşinyan Rusiya Prezidenti Vladimir Putinin sözünü yarımçıq kəsərək Azərbaycanı Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə üçtərəfli razılaşmaları pozmaqda, hətta Ermənistana qarşı ərazi iddialarında ittiham edib.

Prezident İlham Əliyev isə Ermənistanın hökumət başçısına tutarlı cavab verməklə, onu yerinə oturdub.

“Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və mənim sözlərimdə bu iddiaları görmək üçün çılğın fantaziya sahibi olmaq lazımdır. Dəhliz məsələsinə gəlincə, mən bu ifadədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən danışarkən də istifadə edirəm. Dəhliz ifadəsi kiminsə ərazisinə iddia etmək anlamına gəlmir. Dəhliz ifadəsi beynəlxalq termindir. Beynəlxalq terminologiya ilə tanış olan şəxslər bu sözün mənasını Ermənistanın baş naziri Nikol Paşinyanın anladığı kimi qəbul etmirlər”, - deyə dövlət başçısı bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!