Azərbaycan Prezidentindən ermənilərin İrəvandakı bayraq təxribatına REAKSİYA

SİYASƏT

18 Aprel 2023 18:50

Oxunma sayi: 1285
Azərbaycan Prezidentindən ermənilərin İrəvandakı bayraq təxribatına REAKSİYA

“Bayraq yandırmaqla ermənilər çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil”, - deyə Azərbaycan Prezidenti bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!