Azərbaycan səfiri İran XİN ə çağırılıb

SİYASƏT

11 Noyabr 2022 05:45

Oxunma sayi: 449
Azərbaycan səfiri İran XİN   ə çağırılıb

Azərbaycan Respublikasının Tehrandakı səfiri bu gün axşam saatlarında İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb kimi guya ölkəmizin mətbuat orqanları və rəsmiləri tərəfindən İran İslam Respublikasına qarşı təbliğat və böhtanların davam etməsi göstərilib.

“Səfirə İran tərəfinin narazılığı və kəskin etirazı çatdırılıb, eləcə də bu prosesə ən qısa zamanda son qoyulacağı və təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyinə ümid ifadə olunub”, - deyə İran XİN-dən bildirlib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!