Azərbaycan Türkiyəyə ən çox axtarış xilasetmə qrupu göndərən ölkədir

SİYASƏT

09 Fevral 2023 20:50

Oxunma sayi: 1263
Azərbaycan Türkiyəyə ən çox axtarış   xilasetmə qrupu göndərən ölkədir

Fevralın 6-sı Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 14 351 nəfər həyatını itirib, 63794 şəxs xəsarət alıb.

Dəhşətli zəlzələdən sonra bir çox ölkələr Türkiyəyə həm canlı, həm də texniki dəstək göndərib. Bununla bağlı siyahı türk mediasında yayılıb.

Siyahıya görə, Azərbaycan Türkiyəyə ən çox axtarış-xilasetmə qrupu göndərən ölkədir.

Azərbaycan qardaş ölkəyə 725 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!