Azərbaycan Türkiyəyə stasionar generatorlar göndərib FOTO

SİYASƏT

12 Fevral 2023 12:10

Oxunma sayi: 988
Azərbaycan Türkiyəyə stasionar generatorlar göndərib   FOTO

Azərbaycandan Türkiyəyə stasionar generatorlar göndərilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.

Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.

Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

     
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!