Azərbaycan və BƏƏ sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqqında razılığa gəliblər.

SİYASƏT

24 Noyabr 2022 20:14

Oxunma sayi: 450
Azərbaycan və BƏƏ sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqqında razılığa gəliblər.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında sürücülük vəsiqələrinin (hüquqlarının) qarşılıqlı tanınması və mübadiləsi haqqında saziş imzalanıb.

Azmedia.Az xəbər verir ki, bu barədə İnterfax məlumat yayıb. 

İki ölkənin daxili işlər nazirinin müavinləri Oruc Zalov və Xəlifə Hareb Əl Xaili müvafiq anlaşma memorandumu imzalayıblar.

Sənəd BƏƏ və Azərbaycan tərəfindən verilmiş sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və bu sənədlərin sürücülük imtahanı olmadan dəyişdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və qarşılıqlı mübadiləsi haqqında Memorandum 2021-ci il oktyabrın 1-dən qüvvəyə minib.

Memoranduma əsasən, sertifikatların mübadiləsi müvafiq praktiki və nəzəri imtahanlar verilmədən həyata keçirilir.

Birləşmiş Ərəb Əmirliklərinin rezidenti olan Ukrayna vətəndaşları milli sürücülük vəsiqələrini yerli sürücülük vəsiqələri ilə pulsuz "dəyişdirə" (sadələşdirilmiş qaydada əldə edə) bilərlər. BƏƏ-dəki ukraynalı turistlər də sürücülük vəsiqələrini təqdim etməklə avtomobil icarəyə götürə bilərlər.

 

Əliyeva Ülkər

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!