Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ də keçirilməli olan görüşü niyə təxirə salınıb?

SİYASƏT

11 İyun 2023 13:53

Oxunma sayi: 1375
Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ   də keçirilməli olan görüşü niyə təxirə salınıb?

Ermənistan və Azərbaycan arasında baş tutmalı olan danışıqların yeni raundu təxirə salınıb. Amma maraqlıdır ki, bu barədə məlumatı ev sahibi olan ABŞ yox, Ermənistan XİN yayıb.

Bu barədə Caliber "Youtube" kanalının növbəti buraxılışında deyilir.

“Ermənistan Xarici İşlər Nazirliyinin uşaqcasına davranışı hətta Bakıda da təəccüb doğurdu. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistan tərəfindən protokolun pozulmasına diplomatik eyham vuraraq, eyni zamanda növbəti görüşün təxirəsalınmaz tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını bildirib. İclasın qeyri-müəyyən müddətə təxirə salınmasına nəyin səbəb olduğu rəsmən açıqlanmayıb. Lakin məlumdur ki, bir gün əvvəl ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter gözlənilmədən konstruktiv adlandırmaq mümkün olmayan bəyanatla çıxış edib”, - məlumatda deyilir.

Daha ətraflı “Caliber”in videomaterialında:
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!