Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub

SİYASƏT

11 Yanvar 2023 16:11

Oxunma sayi: 357
Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya Baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub.

Bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər birgə layihələr, nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda gələcəkdə hökumət xətti ilə keçiriləcək görüşlər barədə danışılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!