Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub

SİYASƏT

22 Noyabr 2022 19:26

Oxunma sayi: 464
Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

Azmedia.Az-ın məlumatına görə, bu barədə Rusiyanın hökumət saytında məlumat verilib.

Bildirilir ki, 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı kimi hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.

“Mixail Mişustin və Əli Əsədov nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, - deyə məlumatda vurğulanıb. (oxu.az)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!