Azərbaycan xalqı Türkiyə XİN in çağırışına cavab verdi: Yardımlar toplanır

SİYASƏT

07 Fevral 2023 15:21

Oxunma sayi: 891
Azərbaycan xalqı Türkiyə XİN   in çağırışına cavab verdi:  Yardımlar toplanır

Türkiyədə baş verən zəlzələ nəticəsində küçələrdə qalan əhaliyə kömək məqsədi ilə Azərbaycanda yardım kampaniyaları başlanılıb.

Azmedia.Az sosial şəbəkələrdə istinad xəbər verir ki, yardım toplama məntəqəsi Bakı şəhəri, Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında yerləşir.

Sosial şəbəkə üzərində yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları mebel salonuna gətirərək təhvil verə bilərlər.

Eyni zamanda məntəqəyə çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri və s. istifadəyə yararlı əşyalar gətirmək olar.

Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

 

       
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!