Azərbaycan xilasediciləri dağıntılar altından daha bir nəfərin meyitini çıxarıblar YENİLƏNİB + FOTO

SİYASƏT

09 Fevral 2023 15:40

Oxunma sayi: 924
Azərbaycan xilasediciləri dağıntılar altından daha bir nəfərin meyitini çıxarıblar   YENİLƏNİB + FOTO

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir yaşlı qadının meyitini çıxarıb.

Xəbərə görə, Azərbaycan xilasediciləri tərəfindən şəhərin Təhsil Mərkəzi prospektindəki binaların dağıntıları altında aşkarlanan qadının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ehtimal edilir ki, həmin ərazidə digər şəxslərin də meyitləri var. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından səkkizi uşaq olmaqla 37 nəfəri sağ, 148 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

10:34

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha 2 nəfərin meyitini çıxarıb.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində binaların dağıntıları altında aşkarlanan şəxslərin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Hazırda onlar axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!