Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altında qalmış uşağın meyitini çıxarıblar

SİYASƏT

07 Fevral 2023 19:31

Oxunma sayi: 571
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altında qalmış uşağın meyitini çıxarıblar

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə köməyə yollanmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində dağıntılar altında qalmış uşağın (qız) meyitini çıxarıb.

Xəbərə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış 7-8 yaşlı qızın meyitini aşkarlayaraq, çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!