Azərbaycan XİN Stokholmda Qurani Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb

SİYASƏT

22 Yanvar 2023 19:44

Oxunma sayi: 513
Azərbaycan XİN Stokholmda Qurani   Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb

“Biz Stokholmdakı Türkiyə Səfirliyi önündə müqəddəs Qurani-Kərimin təhqir edən alçaldıcı hərəkətləri şiddətlə qınayırıq”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Açıq şəkildə nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətinin səbəbkarlarını ən qısa zamanda ədalət qarşısında cavablandırmağa çağırırıq”, - bəyanatda bildirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!