Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb

SİYASƏT

16 İyun 2023 14:00

Oxunma sayi: 546
Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb

Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb.

Bildirilib ki, bu, “Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində reallaşdırılıb.

Artıq iyunun 16-da ilk qrupların formalaşdırılması üçün təlimlərə start verilib. Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlimi Mərkəzində keçirilir. Təlimlərdə elan edilmiş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 qadın iştirak edir.

Altı həftə davam edəcək təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya ediləcək və sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif olunacaqlar.

Sözügedən layihə çərçivəsində iki minatəmizləmə qadın qrupunun yaradılması nəzərdə tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!