Azərbaycanda övladlığagötürmə qaydası dəyişib

SİYASƏT

24 Yanvar 2023 18:56

Oxunma sayi: 548
Azərbaycanda övladlığagötürmə qaydası dəyişib

Azərbaycanda övladlığagötürmə qaydası dəyişib.

Məlumata görə, bu, Prezident İlham Əliyevin Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış üç gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!