Azərbaycanda pivə istehsalında istifadə olunan arpa emal edəcək yeni zavod fəaliyyətə başlayacaq

SİYASƏT

18 Yanvar 2023 15:50

Oxunma sayi: 433
Azərbaycanda pivə istehsalında istifadə olunan arpa emal edəcək yeni zavod fəaliyyətə başlayacaq

“Carlsberg Group” şirkəti Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırıb.

Azmedia.Az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşündə bildirilib.

Qeyd edilib ki, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılması isə yaxın vaxtlarda 100 faizə çatdırılacaq.

Söhbət zamanı, həmçinin Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ilin yanvarında fəaliyyətə başlamasının və ölkəmizə yeni investisiyaların yatırılmasının nəzərdə tutulduğu vurğulanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!