Azərbaycanda yeni publik hüquqi şəxs yaradılacaq

SİYASƏT

23 May 2023 18:46

Oxunma sayi: 959
Azərbaycanda yeni publik hüquqi şəxs yaradılacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi iki ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 

Fərman Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini optimallaşdırmaq, həmçinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyasının keçirilməsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə imzalanıb. 

Müəyyən edilir ki, Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərən, eləcə də bu sahələrdə təlimlər keçirilməsini, məsləhət verilməsini və metodiki dəstəyi təmin edən publik hüquqi şəxsdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!