Azərbaycandan göndərilən yardım dolu yük maşını Türkiyədə xüsusi ehtiramla qarşılandı VİDEO

SİYASƏT

17 Fevral 2023 08:29

Oxunma sayi: 869
Azərbaycandan göndərilən yardım dolu yük maşını Türkiyədə xüsusi ehtiramla qarşılandı   VİDEO

Azərbaycandan göndərilən yardım dolu yük maşını Türkiyədə xüsusi rəğbətlə qarşılanıb.

Görüntülər sosial mediada yayılıb. Kadrlarda Türkiyə polisinə məxsus avtomobilin yük maşının yanından ötərək həmyerlilərimizi mikrofondan salamlaması və önə keçib onu müşayiət etməsi əks olunub.

Görüntüləri şərh edən istifadəçilər ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq bağlarından qürur duyduqlarını yazıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!