Azərbaycandan Hataya gedən xilasedicilər gecə saatlarından bəri fasiləsiz işləyirlər VİDEO

SİYASƏT

07 Fevral 2023 15:56

Oxunma sayi: 589
Azərbaycandan Hataya gedən xilasedicilər gecə saatlarından bəri fasiləsiz işləyirlər   VİDEO

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Hatayda gecə saatlarından bəri fasiləsiz şəkildə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Məlumata görə, xilasedicilərimizdən biri bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşıb.

“Azərbaycandan gəldim, hazırda Hataydayam. Gecədən bəri buradayıq”, - deyə FHN əməkdaşı bildirib.

O, artıq bir nəfəri sağ çıxara bildiklərini vurğulayıb.

“Əlimizdən gələni edirik, çalışacağıq qalanlarını da xilas edək”, - deyə axtarış-xilasetmə qrupunun üzvü bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə yollanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!