Azərbaycandan qardaş ölkəyə dəstək davam edir: Toplanan yardımlar çeşidlənir

SİYASƏT

09 Fevral 2023 15:00

Oxunma sayi: 804
Azərbaycandan qardaş ölkəyə dəstək davam edir:  Toplanan yardımlar çeşidlənir

Türkiyə üçün təşkil edilən yardım kampaniyası üçün gətirilən əşyaların pərakəndəliyini azaltmaq məqsədilə dəmir arakəsmələr vasitəsilə bölmələr ayrılıb.

Məlumata görə, ayrılan bölmələrin qarşısına “Qida”, “Uşaq Geyimləri”, “Körpə geyimləri”, “Təmizlik və gigiyenik vasitələr”, “Elektrik avadanlıqları”, və s. qeyd edilib.

Davamlı olaraq arabalar vasitəsilə vətəndaşların gətirdikləri yüklər içəriyə daşınır. Üzərində içərisində nə olduğu yazılmayan yüklər müvafiq qaydada açılır, aidiyyəti bölmələrə yönləndirilir.

Bölmələr üzrə geyimlər yeni və ikinci əl olaraq təsnifatlandırılır. Daha sonra qutulara yığılaraq üzərinə kişi, qadın və ya uşaq geyimləri, yeni və ya ikinci əl olması barədə qeyd edilir. 

“Formula-1” könüllüləri də digər vətəndaşlarla birlikdə yardım kampaniyasına dəstək olurlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!