Azərbaycanın Baş Qərargah rəisi Şoyqu ilə bölgədəki vəziyyəti müzakirə edib

SİYASƏT

16 Sentyabr 2022 09:10

Oxunma sayi: 452
Azərbaycanın Baş Qərargah rəisi Şoyqu ilə bölgədəki vəziyyəti müzakirə edib

Sentyabrın 15-də Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında telefon danışığı olub.

Azmedia.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və digər məsələləri müzakirə ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!