Azərbaycanın Birinci vitse prezidenti Əminə Ərdoğana başsağlığı verib

SİYASƏT

13 Noyabr 2022 21:48

Oxunma sayi: 579
Azərbaycanın Birinci vitse   prezidenti Əminə Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı verib.

 

Başsağlığıda deyilir:

“Hörmətli Əminə xanım,

İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!