Azərbaycanın könüllü həkimləri Kahramanmaraşda: 300 dən artıq xəstə müraciət edib

SİYASƏT

14 Fevral 2023 17:00

Oxunma sayi: 870
Azərbaycanın könüllü həkimləri Kahramanmaraşda:  300   dən artıq xəstə müraciət edib

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gələn Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının həkimləri Kahramanmaraş şəhərində fəaliyyətə başlayıb.

Xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Assosiasiyanın sədri Oktay Mehdiyev deyib.

O bildirib ki, Assosiasiya üzvləri Türkiyədə təbii fəlakət baş verdiyi ilk gündən Fövqəlafə Hallar Nazirliyinə (FHN) müraciət edib: “Nazirlik müraciətimizi qəbul etdi və artıq 4 gündür Kahramanmaraşda FHN-in tərkibində fəaliyyət göstəririk. Bildiyiniz kimi, burada FHN-in mobil səhra hospitalı quruldu. Belə qərara gəlindi ki, infeksiyanın qarşısının alınması məqsədilə burada ayrıca cərahiyyə bloku yaradılsın”.

“Hazırda hospitalda 15 nəfərlik heyətlə çalışırıq. Burada cərrah, ümumi cərrah, uşaq cərrahı, travmatoloq, reanimatoloq fəaliyyət göstərir. Hospitalda reanimasiya bloku, cərrahiyə, intensiv terapiya blokları var. Ayrıca bir çadırda ambulator cərrahiyə üçün nəzərdə tutulmuş blok yaradılıb. Blokların hər biri Fövqəladə Hallar Nazirliyi tərəfindən təchizatla təmin olunub. İndiyə qədər hospitala 300-dən artıq xəstə müraciət edib”, - O.Mehdiyev vurğulayıb.

               
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!