Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxsin kimliyi BİLİNDİ

SİYASƏT

27 Yanvar 2023 12:29

Oxunma sayi: 677
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxsin  kimliyi BİLİNDİ

Azərbaycan səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub.

Məlumata görə, terror aktını törədən şəxs İran vətəndaşı Yasin Hüseynzadə olub.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!