Azərbaycanın xarici borcu azalıb Baş nazir rəqəmləri açıqladı

SİYASƏT

17 Mart 2023 23:47

Oxunma sayi: 792
Azərbaycanın xarici borcu azalıb   Baş nazir rəqəmləri açıqladı

2022-ci il 31 dekabr tarixinə operativ məlumatlara əsasən, Azərbaycanın xarici dövlət borcu 6 milyard 693 milyon 200 min ABŞ dolları təşkil edib.  

Məlumata əsasən, bunu Baş nazir Əli Əsədov  Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib. 
 
O bildirib ki, 2022-ci il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləğinin mütləq ifadədə 700,2 milyon ABŞ dolları azalmasına nail olunub. 

“Bundan başqa, Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2022-ci il ərzində 157,7 milyon ABŞ dolları məbləğində kredit vəsaitindən istifadə edilib”, - deyə Baş nazir bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!