Azərbaycanın xilasediciləri dağıntılar altından 198 saatdan sonra 2 nəfəri sağ çıxarıb FOTO

SİYASƏT

14 Fevral 2023 10:52

Oxunma sayi: 601
Azərbaycanın xilasediciləri dağıntılar altından 198 saatdan sonra 2 nəfəri sağ çıxarıb   FOTO

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntılar altından iki nəfəri sağ çıxarıblar.

Azmedia.Az  “report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın xilasediciləri gənc Muhammed Enesi və orta yaşlı Abdulbaki adlı şəxsi uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil veriliblər.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

   
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!