Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB

SİYASƏT

26 Aprel 2024 18:46

Oxunma sayi: 481
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb  - YENİLƏNİB

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb”.

Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

Bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.

*********

“Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb”.

Bu barədə Ermənistan Parlamentinin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan bildirib.

O qeyd edib ki, texniki baxımdan tamamlama Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissənin Alma-Ata bəyannaməsinə uyğun olaraq müəyyən və təsdiq edilməsi deməkdir.

“Yəni, bu sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, -  deyə Xaçatryan qeyd edib.

Mənbə: Ermənistan KİV

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!