Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi YENİLƏNİB + FOTO/VİDEO

SİYASƏT

03 Dekabr 2022 15:55

Oxunma sayi: 751
Azərbaycanlı mütəxəssislər Xankəndidə:  Laçın dəhlizində hərəkət bərpa edildi   YENİLƏNİB + FOTO/VİDEO

Sülhməramlıların Xankəndidəki qərargahında aparılan danışıqlar Azərbaycan tərəfinin istədiyi nəticəni verib.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

“Xankəndidəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll edirlər. Danışıqlar zamanı, təbii olaraq, Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb”, - deyə qeyd olunub.

**********

Danışıqlar nəticəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzərGold” əməkdaşları sülhməramlıların müşayiəti ilə Xankəndiyə yollanıblar. 

Bununla bağlı “Caliber” “Telegram” kanalı məlumat yayıb.

Sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi şəhərindəki qərargahında ölkəmizin Qarabağ regionunda ekoloji monitorinqin təşkili və aparılması məsələsi müzakirə olunacaq.

************

Azərbaycan tərəfi Xankəndiyə gedən yolu bağlamayıb. 

Bununla bağlı etibarlı mənbələrdən məlumat verilib. 

Bildirilib ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Xankəndi ilə Şuşa arasındakı ərazidə Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə gediblər. Ancaq bu səfərin həmin yolun bağlanması ilə əlaqəsi yoxdur. Azərbaycan tərəfi yolu bağlamaq istəsəydi, orada mülki geyimli şəxslər yox, hərbçilər olardı.

Mənbə bildirib ki, yolu Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bağlayıblar.

***********

Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yolayrıcında bağlanması ilə bağlı məlumatlar yayılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, Xankəndidən Ermənistana kilometrlərlə tıxac yaranıb.

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!