Bakı İdman Sarayında Türkiyə üçün yardım kampaniyasının ikinci günü VİDEO

SİYASƏT

09 Fevral 2023 12:01

Oxunma sayi: 987
Bakı İdman Sarayında Türkiyə üçün yardım kampaniyasının ikinci günü   VİDEO

Türkiyəyə yardımla bağlı Bakı İdman Sarayında toplanan yardım kampaniyası bu gün səhər saat 11:00-dan başlayaraq yenidən davam edir.

Azmedia.Az xəbər verir ki, yardım üçün lazım olan ləvazimatların, uşaq yeməklərinin, konservlərin, quru qidaların, qeyri-qidalardan - yorğan-döşək, qış üçün qalın üst geyimləri və digər əşyaların gətirilməsi davam edir.

Əşyaların sayı həddən artıq çox olduğundan DİN əməkdaşları tərəfindən gecə saatlarından indiyədək gücləndirilmiş iş rejimində çalışırlar.

Eyni zamanda daşınma prosesinə dəstək üçün Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin briqadaları da əraziyə cəlb olunublar. 

Qeyd edək ki, vətəndaşlardan yardım kampaniyasına gətirdikləri əşyaları səhər saat 11:00-dan axşam saat 21:00-a qədər çatdırmaları rica olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!