Bakı İrandakı səfirliyimizin əməkdaşlarının təxliyəsi üçün təyyarə göndərir

SİYASƏT

28 Yanvar 2023 16:57

Oxunma sayi: 742
Bakı İrandakı səfirliyimizin əməkdaşlarının təxliyəsi üçün təyyarə göndərir

“Səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsinin Azərbaycana gətirilməsi bir yerdə olacaq”.

Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, təxliyə Bakıdan yola düşəcək təyyarə ilə həyata keçiriləcək.

Qurum rəsmisi təxliyənin tarixi və saatı barədə dəqiq məlumat verə bilməyəcəyini deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!