Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edildi

SİYASƏT

02 Dekabr 2022 13:10

Oxunma sayi: 498
Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edib.

Azmedia.az  xəbər verir ki, nazirin əmri ilə Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad edilib. O.Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovun şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!