Bakıda küçədə kişi özünü qaz borusundan asdı

ÖLKƏ

25 Aprel 2024 12:42

Oxunma sayi: 154
Bakıda küçədə kişi özünü qaz borusundan asdı

Bakıda intihar hadisəsi qeydə alınıb.

Azmedia.Az xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. 59 yaşlı Elxan Qılman oğlu Dadaşzadə küçədə qaz borusundan məftillə özünü asaraq, həyatına son qoyub.

Məlumata əsasən, E.Dadaşzadə ailəsindən və qohumlarından ayrı tüfeyli həyat tərzi keçirib. Onun qaz borusundan asılmış meyitini qonşuları aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!