“Odlar Yurdu–2024” Milli Mükafatı ilə bağlı sorğulara start verildi

ÖLKƏ

25 Aprel 2024 13:00

Oxunma sayi: 5814
“Odlar Yurdu–2024” Milli Mükafatı ilə bağlı sorğulara start verildi

“Odlar Yurdu–2024” Milli Mükafatı ilə bağlı sorğulara start verildi.

Azmedia.Az xəbər verir ki, “Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası”nın və “Vision Media Group”un təşkilatçılığı ilə keçiriləcək “Odlar Yurdu-2024” Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib.

Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə “Odlar Yurdu” Milli Mükafatı 2012-ci ildən başlayaraq mütəmadi olaraq öz sahiblərinə təqdim olunur.

Layihə rəhbəri onu da qeyd etdi ki, “mükafatın təqdim olunmasında  məqsəd  hər  il öz fəaliyyət sahəsində fərqlənən  hüquqi və fiziki şəxsləri müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir. Sorğu və monitorinqlər sosial şəbəkələr üzərindən aparılacaq.” 

Həmçinin A.Bağırov bildirdi ki, sorğu Milli Məclisin deputatları, siyasətçilər, nazirliklər, dövlət orqanları, biznes qurumları, mədəniyyət və incəsənət nümayəndələri, televiziyalar, KİV nümayəndələri,  blogerlər, iş adamları, tibb müəssələri, təhsil ocaqları, idman sahəsində fərqlənən idmançılar, turizim mərkəzləri və s. ilə bağlı keçiriləcək. Təşkilat komitəsinin rəhbəri qeyd etdi ki, sorğulara 24 apreldə başlanılacaq və 19 may tarixinə kimi davam edəcək. 

Sorğuların nəticəsi isə 28 may tarixində “Moon Crown”-da  baş tutacaq təqdimat mərasimində  ictimaiyyətə təqdim olunacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!