Bu gündən Bakıdan Sumqayıta yeni marşrut xətti istifadəyə verilib.
Azmedia.Az xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Nazirliyindən (AYNA) məlumat verilib.
Məlumatda bildirilir ki, "Azadlıq prospekti" stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti bu gündən sərnişinlərin istifadəsinə verilib.
Qeyd edək ki, marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək.